Sultan Süleyman Qanuni
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (d. 6 noyabr 1494, Trabzon, Trabzon ili, Türkiyə – 7 sentyabr 1566, Siqetvar, Baranya əyaləti, Macarıstan), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır.
I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə14.893.000 km2 olaraq miras buraxmışdır. Zigetvar mühasirəsinin bitməsinə bir gün qalmış 7 sentyabr 1566 tarixində müharibə düşərgəsində vəfat etmiş və yerinə oğlu II Səlim keçmişdir.
Şahzadəlik illəri
6 noyabr 1494 tarixində Trabzonda dünyaya gəlmişdir.Atası Süleyman anadan olarkən Trabzon bəylərbəyi olan, 1512-ci il tarixində isə taxta keçən I Səlim, anası isə Ayşə Hafsa Sultandır. Uşaqlıq illərini süd qardaşı Yəhya Əfəndi ilə birlikdə Trabzonda keçirmişdir. 1501-ci ildə 7 yaşlı Şahzadə Süleyman elm, tarix, ədəbiyyat, din və hərbsahələrini öyrənmək üçün İstanbula, Topqapı sarayındakı Əndəruna göndərildi. 1508-ci ildə Qarahisar sancaqbəyi seçilsə də, əmisi Amasiya sancaqbəyi Şahzadə Əhmədin etirazı ilə Boluya təyin olundu. Şahzadə Əhmədinbuna da etiraz etməsi səbəbilə 1509-cu ilin iyul ayında Kəfə sancaqbəyliyinə gətirildi.
Atası I Səlimin 1512-ci ildə taxta çıxması ilə bir müddət İstanbul və Ədirnədə yaşadı. 1513-ci ildə Manisasancaqbəyliyinə gətirildi. Burada gələcəkdə ən yaxın adamlarından biri olacaq Parqalı İbrahimlə tanış oldu və onunla yaxın dostluq yaratdı. Təqribən 7 illik Manisa sancaqbəyliyindən sonra, 1520-ci il 21 sentyabrdan 22 sentyabra keçən gecə atası doqquzuncu Osmanlı hökmdarı I Səlimin ölümü ilə İstanbula doğru irəlilədi və taxta çıxacaq başqa bir şahzadə olmadığına görə heç kəslə mübarizə aparmadan 30 sentyabr 1520 tarixində Osmanlı İmperiyasının taxtına oturaraq onuncu Osmanlı hökmdarı oldu. Taxta keçdikdən bir neçə həftə sonra Venesiya respublikasıelçisi Bartolomeo Contarinini qəbul etdi. Contari burada olarkən Süleymanı bu şəkildə təsvir etmişdir: “İyirmi altı yaşında, hündür lakin sərbəst görünən və alicənab görünüşlü. Boynu həddən ziyadə uzun, üzü zəif, burnu qartal dimdiyi kimi qıvrım. Kölgə kimi bığı və kiçik saqqalı var. Dərisi biraz solğundur, lakin üzü olduqca xoşdur. Ağıllı bir hökmdar olduğu söylənilir və hamı onun səltənətinin xeyirli olacağından ümidlidir.
Комментарии
Отправить комментарий